Hər gün müəllimlər bayramı

Yaponiyada təzə işlədiyim vaxt kolleqam Yamomoto müəllimdən soruşdum:
— Yaponiyada müəllimlər bayramı nə vaxtdı?
Yamomota müəllim cavab verdi ki, bizdə müəllimlər bayramı olmur.
Mənə qəribə gəldi. Ürəyimdə dedim bunlar necə adamdılar. Bu qədər iqtisadiyyat, elm və texnikada qabağa getdikləri halda niyə müəllim əməyinə hörmət qoymurlar.
Davamı →

Paytaxtlı alimin sərgüzəşti

Paytaxtda yaşayan bir neçə alimin toplaşdığı məclisdə insan xarakterinin qəribəliklərindən söhbət düşdü; bəzi adamlar qətiyyətlidirlər, cəsurdurlar, bəziləri isə qorxaq və zəifdirlər, çünki hərənin özünəməxsus xarakteri var. Cəsarətli adamlar heç nədən qorxub-çəkinmirlər, onlar əsl kişidirlər.
Alimlərdən biri lovğa-lovğa dilləndi ki, əgər igidlikdən danışırsınızsa, deməli, söhbət məhz məndən gedir.
Məclisdəkilər gülüşdü:
— Buna inanmaq üçün əvvəlcə sizi sınamalıyıq.
— Mənim bir qohumumun evinə, — bir nəfər dilləndi, — şər qüvvə dadanıb, buna görə də heç kəs orada yaşamaq istəmir. Əgər qorxmadan bir gecəni orada keçirə bilsəniz, biz sizin şərəfinizə ayrıca ziyafət verərik.
Davamı →

Qabaqcadan bilinən evlilik

Dulinli Vey Qu körpəlikdən yetim qalmışdı. Yetkin yaşa dolan kimi evlənmək fikrinə düşdü, amma uzun müddət münasib bir adaxlı tapa bilmədi. "Çjen-quan" adıyla məşhurlaşan sülalə hakimiyyətinin ikinci ilində o, Sinxeyə gedəsi oldu, yolda Sunçenin güneyindəki yeməkxanaya düşdü. Həmsöhbətlərindən biri dedi ki, Sıma Panfan adlı keçmiş məmurun ərgən qızı var, əgər Qunun marağı varsa, yeməkxananın günbatan səmtindəki Lunsin məbədinə gedib, özü bu haqda bir xəbər bilsin.

Qu çoxdan evlənmək arzusundaydı. Elə ertəsi gün, hələ Ay batmamış, məbədə üz tutdu. Məbədin pilləkənlərində xurcunlu bir qoca oturub Ay işığında əlindəki qatlama kağızdan nəsə oxuyurdu. Qu ona yaxınlaşdı, kağıza boylansa da, orda yazılanı oxuya bilmədi.
Davamı →

Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

— Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:
Davamı →

Bəhlul və Harun

Bir gün Bəhlul Danəndə xəlifə Harun Ərrəşidə bir sual verir. Deyir: “Təsəvvür et səhradasan, 50-60 dərəcə istilik var. Yolunu azmısan, içməyə də su tapa bilmirsən. Artıq ölüm təhlükəsi ilə üzbəüzsən. Belə bir vəziyyətdə bir nəfər tapılır və sənə istədiyin qədər su təklif edir. Amma bunun müqabilində xilafətinin yarısını istəyir. Verərsənmi?” Xəlifə cavab verir: “Bəli, verərəm.”

Bəhlul soruşur: “Bir içim su üçün xilafətin yarsını verərsən?”
Xəlifə deyir: “Bəli, ölməkdənsə hakimiyyətin yarısını vermək daha yaxşıdır.”
Bəhlul sözünə davam edir: “Təsəvvür et suyu içdin və ayaqyoluna getməlisən. Amma hər hansı səbəbdən bu işi görə bilmirsən. Bədənində xəstəlik tapılıb, böyrəklərində problem yaranıb
Bu zaman bir həkim yaxınlaşır və deyir: “Mən səni müalicə edərəm. Bir şərtlə ki, hakimiyyətin qalan yarısını da mənə verəsən.” Verərsənmi?”
Davamı →

Alın yazısı haqqında hekayə

Birisi hasardan aşıb özgənin bağına təpildi, acgözlüklə döşəndi meyvələrin canına. Bağ yiyəsi bunu görüb:
— Oğru lələ, — dedi, — gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya rüsxət istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmaya Allahdan qorx!
— Mənim nə günahım var, — oğru dedi. — Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidi. 
Davamı →

Duzlu qəhvə

Qızı bir məclisdə görmüşdü. Çox gözəl idi. O gün arxası ilə gəzən o qədər oğlan var idi… Yaxınlaşdı ona, qırıq-qırıq danışdılar. Məclisin sonunda qızı başqa bir gün qəhvə içməyə dəvət etdi. Təəccüblü olsa da, qız qəbul etdi. Bir gün sonra kafedə əyləşib qəhvə içirdilər. Elə həyəcanlı idi ki, söz tapıb danışa bilmirdi. Qız üçün çox darıxdırıcı gün oldu. «Mən artıq gedim» dedi. Gənc ofisantı çağırıb, «Mənə bir az duz gətirə bilərsiz? Qəhvəmə tökəcəm» dedi. Yan stoldan adamlar maraqla baxdı. Qız gülümsədi:

— Qəhvəyə duz?!
Gənc qıpqırmızı qızardı, amma ofisantın gətirdiyi duzu qəhvəsinə tökdü və içdi. Qız maraqla «Qəribə ağız dadınız var» dedi. Gənc nəql etdi:
Davamı →

"Çox gecdir" deyə bir zaman yoxdur!

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Davamı →

Savadın qiyməti nə qədərdir?

XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda qalmışdır. Buxar maşınlarının fəaliyyət prinsipi bir neçə il əvvəl yaradılsa da, yalnızca 1760-cı ildə şotlandiyalı mühəndis James Watt tərəfindən təkmilləşdirilir. Bu yazı onun və istehlakçının nəyə pul ödədiyi haqqındadır!

Bir dəfə Watt nəhəng buxar maşınında yaranmış problemi həll etməsi üçün dəvət edilir. Sahibkarla yaranmış problemlər səbəbindən ciddi zərərlə üzləşmişdi, digər mühəndislər problemi həll edə bilmədiyindən Watt şəxsən dəvət edilir. Çünki buxar maşınlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməsi səbəbindən onu buxar maşınlarının ikinci ixtiraçısı hesab edirdilər. Müasirləri arasında sözügedən cihazın mexanizmini onun kimi detallarına qədər heç kəs bilmirdi. Mühəndisə problemi həll etməsi qarşılığında o zaman böyük məbləğ hesab edilən 1000 dollar ödəmək təklif edilir.
Davamı →

İzlə və nəticə çıxar

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək.

Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
— Bu quşu tanıyırsanmı?
— Yox, tanımıram
— Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur.

Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi. Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını.
Davamı →